“Azərbaycanla oyunda gözlənilməz şəkildə xal itirdik”.
Bunu İsrail millisinin hücumçusu Elyaniv Barda deyib. Bu gün Rusiya yığması ilə oyunun iştirakçılarından olacaq 31 yaşlı forvard millimizlə oyun haqqında da qısaca danışıb. “Genk”in sabiq futbolçusu yığmamızla qarşılaşma haqqında bunu deyib: “Azərbaycanla heç-heçə etdiyimiz üçün başımız yerə girib. Çox pis hisslər yaşayırıq”. Qeyd edək ki, Beer-Şeva “Hapoel”inin futbolçusu meydana bizim qoldan dərhal sonra, 62-ci dəqiqədə daxil olub. Bardanın meydana daxil olması ilə İsrailin hücumlarının kəsəri artıb. //apasport