"Azərbaycanla qarşılıqlı ticarətin həcmi 460 milyon dolları keçib"

"Azərbaycanla qarşılıqlı ticarətin həcmi 460 milyon dolları keçib"
SİYASƏT
13:41 22.06.2023
236
"Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi 460 milyon dolları keçərək 40 faiz artıb".

Bunu Qazaxıstanın Baş naziri Alixan Smailov iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirdi və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğulayıb.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR