2026-cı il aprelin 22-də İlham Əliyev və Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən birgə bəyanat Azərbaycan–Latviya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik
ifadə olunub.
Bu səfər Azərbaycan ilə Latviya arasında tərəfdaşlığın yeni imkanlar üzərində qurulmasına və əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinə təkan verir.
"Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz arasında münasibətlər möhkəm təməllərə və qarşılıqlı etimada əsaslanır. Bu etibarlı çərçivə Azərbaycan ilə Latviya arasında əməkdaşlığın davamlı inkişafını təmin edir”, – deyə dövlət başçısı İlham Əliyev bildirib.
İki dövlət başçısı arasında baş tutan görüş və səsləndirilən fikirlər bir daha göstərir ki, mövcud əlaqələr gələcəkdə daha böyük uğurlar üçün möhkəm zəmin yaradır.
Müəllif: İlqar Əhmədov
Qarabağ Müharibə Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri










































