Azərbaycanlı aktrisanın burnunu əzdilər

Azərbaycanlı aktrisanın burnunu əzdilər
SOSİAL
12:05 10.05.2017
1116

Gənc aktrisa Mila Əminənin burnunü əziblər. Tədbirlərin birində başına xoşagəlməz hadisə gələn aktrisanın hazırda müalicə olunduğu deyilir.

Açıqlama verən aktrisa xəbəri təsdiqləyib:

"Tədbirlərin birində təsadüfən operatorlardan birinin kamerası burnuma dəydi. Mən arxada dayandığım üçün o, məni görməmişdi, qəfildən çevriləndə burnum əzildi. Hazırda müalicə olunuram".

 

Qeyd edək ki, Mila Əminə yenicə burun əməliyyatı keçirib.

///yeniçağ.az
OXŞAR XƏBƏRLƏR