Azərbaycanlı aktyora vəzifə verildi

MƏDƏNİYYƏT
15:42 16.01.2014
2553

Kukla Teatrında baş rejissor vəzifəsi boş qalmışdı.

Abdulla Şaiq adına Kukla Teatrına yeni baş rejissor təyin edilib.

AZXEBER.COM-un AzNews.az-a istinadən xəbər verir ki, bundan sonra aktyorlarla baş rejissor kimi Qurban Məsimli işləyəcək.

Qeyd edək ki, Q.Məsimli cəmiyyətə daha çox Xəzər televiziyasında yayımlanan “Aramızda qalsın” teleserialından tanışdır.

O, bu serialda baş rollardan birini - “Mehman” obrazını canlandırıb. Eyni zamanda, həmin serialda aktyorlarla iş üzrə rejissor kimi çalışıb.

Bildirək ki, Rəhman Əlizadə vəfat etdikdən sonra Kukla Teatrında baş rejissor vəzifəsi boş qalmışdı.

OXŞAR XƏBƏRLƏR