Azərbaycanlı aktyorun ən böyük arzusu - FOTOLAR

MƏDƏNİYYƏT
22:38 12.01.2013
2842
Musiqili Komediya Teatrının aktyoru Elçin İmanovun 42 yaşı tamam olub. Aktyor ad günü ilə bağlı ən böyük arzusunu dilə gətirib. O bu haqda AZXEBER.COM-a danışıb:“Nədənsə ilk təbriki həmişə doğmalarımdan gözləyirəm. Sonra isə dostlar, tanışlar... Məni ilk təbrik edən evdə həyat yoldaşım və oğlum oldu. Oğlum özü çəkdiyi şəkili mənə hədiyyə etdi. Çoxlu rəngbərəng şar çəkmişdi. Məni yuxudan oyadan da oğlum oldu. Mən hər kəsə belə övlad nəvazişi arzulayıram. Artıq ömrümün 42-ci ilinə qədəm qoydum. Ad günümü sirkdə keçirdim (gülür). Uzun müddətdir sirkdə aparıcı olduğuma görə, təsadüfən doğum günümdə də aparıcılıq mənə həvalə olunmuşdu. Axşam isə evdə ailəmlə birlikdə qeyd etdim. Bu gündə məni yaxınlarım, dostlarım, iş yoldaşlarım hamısı təbrik etdi. Yalnız bir şeyə təəssüfləndim... Sosial şəbəkələr yavaş-yavaş bizi bir-birimizdən uzaqlaşdırır (gülür). Səmimiliyimə inanın, indi yalnız özümə can sağlığı arzu edirəm. Əgər can sağlığı varsa deməli hər şey var. Bu gün bütün arzularım övladımla bağlıdır. Onun uğurunu, xoşbəxtliyini görüb sevinmək istəyirəm” deyə aktyor bildirib.Qeyd edək ki, aktyor son dövrlər “Pərvanələrin rəqsi” və “Həkimlər” seriallarında bir-birindən müxtəlif obrazlar oynayıb.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR