Azərbaycanlı alimdən şok proqnoz: Bakıda bu il güclü zəlzələ olacaq

Azərbaycanlı alimdən şok proqnoz: Bakıda bu il güclü zəlzələ olacaq
SOSİAL
10:23 16.02.2017
9755
Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər.
 
Bunu AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib.

F.Qədirov bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir: "Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq".

F.Qədirov bildirib ki, tədqiqatların aparılmasının müxtəlif metodları var. Metodlardan biri də baş verən hadisələrin klaster analizidir: "Biz tarixən baş verən təkanları və 1990-cı ildən bu günə kimi olan zəlzələləri analiz etmişik. Aydın olub ki, burada bir neçə klasterlər, yəni periodlar ortaya çıxır. Müşahidə olunan hadisələri zamana görə düzsək, bunların içərisindən gizli periodları tapa bilərik. Bu gizli periodları biz tapmışıq. Bunlardan biri 17, o biri isə 54 ildir. Burada söhbət maqnitudası 4.5-dən böyük olan zəlzələlərdən gedir. Bu o deməkdir ki, 17 il keçdikdən sonra maqnitudası 5-i ötən zəlzələ eyni bölgədə təkrarlana bilər. Bizim bölgəmizdə zəlzələ 6.4 maqnituda ilə olmuşdu. Bunu da biz analiz etdik və gördük ki, 17 il kifayət edir ki, həmin hadisə yenidən baş versin. Amma bu mütləq deyil, 1-2 il səhv də ola bilər. GPS tədqiqatları da göstərir ki, Abşeronun cənub tərəfində, dəniz hissəsində gərginlik toplanır. Bu elmi tədqiqatdır, amma hələ sadəcə öyrənilmə ərəfəsindədir. Eyni zamanda bu orta müddətli bir proqnozdur. Yəni qısa vaxt ərzində zəlzələni proqnoz etmək mümkün deyil".

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır.

Qeyd edək ki, 2000-ci il noyabrın 25-də Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Xəzər dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib.
//Trend
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb