Sentyabrın 11-də futbol üzrə Azərbaycan Milli Komandası 2016-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya yığması ilə üzləşəcək.
AZXEBER.COM-un məlumatına görə, millinin bu qarşılaşmasını Türkiyənin Samanyolu Haber telekanalı da canlı olaraq yayımlayacaq. Ancaq türk kanalı tamaşaçılarına fərqli oyun şərhi nəzərdə tutur. Belə ki, Xəzər TV-nin idman jurnalistlərindən Ceyhun Rzayev də Samanyolu Haber televiziyasındakı oyunu şərh edəcək aparıcılardan olacaq. Ceyhun Rzayev bununla bağlı kanaldan ona edilən təklifi qəbul edib və oyuna görə İstanbula gedəcək.
Bu arada futbol üzrə Türkiyə yığması sentyabrın 7-də Hollandiya yığması ilə üzləşəcək. Amsterdam arenada D qrupunun favoritlərinin amansız mubarizəsi, Hollandiya-Türkiyə oyunu sentyabrın 7-si saat 23.30-da “Xəzər TV”nin canlı yayımında olacaq.
4 Hollandiyadan 4 gün sonra Abdullah Avcının komandası İstanbulda Estoniya millisini qəbul edəcək. Şükrü Saracoğlu stadionunda saat 23:00-da start götürücək oyun “Xəzər TV” vasitəsilə izləyə bilərsiz.