Azərbaycanlı araşdırmaçının yazısı Türkiyə mətbuatında dərc edilib - FOTO

Azərbaycanlı araşdırmaçının yazısı Türkiyə mətbuatında dərc edilib - FOTO
SOSİAL
23:33 10.05.2019
4196
Almaniyanın Türkiyəyə hücum planı 
 
AZXEBER.COM xəbər verir ki, soydaşımız Müşfiq Hüseynovun II Dünya müharibəsi ilə bağlı araşdırması Türkiyənin "Aydınlıq” qəzetində dərc edilib. Qeyd edək ki, Müşfiq Hüseynov İstanbul Universitetində, İctimaiyyətlə Əlaqələr və Reklam fakültəsində doktorantura təhsili alır. Məqaləni diqqətinizə çatdırırıq.

Sovet Sosialist Respublikaları İttifaqının mətbuatı ara-sıra Türkiyə ilə bağlı ölkədə gündəmə çevilən məqalələr dərc edirdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra savaşın Türkiyədə böyük iqtisadi problemlər yaratdığını bildirirdi.

Lakin, "İzvestiya” qəzetinin 26 iyul 1941-ci il tarixli və (1757551) nömrəli sayında çox fərqli bir məqalə çap edilmişdi. Qızıl Ordunun 1941-ci il, iyulun 15-də ələ keçirdiyi "Almaniya Silahlı Qüvvələrinin Türkiyəyə hücumu ilə bağlı bəzi gizli sənədlər”ə görə, Almaniyanın Türkiyəyə hücum planını təsdiqləyən sənədləri hamısı ətraflı tərcüməsi ilə izah edilirdi.

"İzvestiya” qəzeti sənədin 9-cu səhifəsini diqqətə çatdıraraq, Almaniya Silahlı Qüvvələrinin İstanbulun işğalı zamanı keçilməsi çətin olan Boğazın planının düzgün şəkildə hazırlanmasının lazım olduğunu, səhifə 51-də isə paraşütçü alman hərbçilərinin Çatalcaya enərək əməliyyatlara başlamalarını əmr elədiyini bildirirdi.

Mətbuatda alman planı

Bu gizli sənədlərin yayılmasının səbəbi isə o dövrdə dünya mətbuatında Almaniyanın Türkiyəyə hücum etməməsinin səbəbini Birinci Dünya Müharibəsindəki müttəfiq davranışı ilə əlaqələndirdikləri ilə bağlı idi... Digər tərəfdən isə coğrafi şərtlərin almanlar üçün uyğun olmadığı da qəbul edilirdi. Lakin asfalt yolların çox az olduğu SSRİ kimi soyuq bir ölkədə Moskvaya, hətta Qafqaz dağlarına kimi irəliləmişdilər. SSRİ hökuməti bu gizli sənədləri paylaşmaqla həm sovet xalqına, həm də dünya ictimaiyyətinə Almaniyanın belə bir planının olduğunu bildirirdi.

Bu sənədlər 2012-ci ildə Türkiyə ictimaiyyətinə çatdırıldı (https://www.haber7.com/dunya/haber/877385-hitlerin-gizli-turkiye-plani). Almaniyadakı bir ailə bunun aldadıcı məlumatlar olduğunu yazırdı. Sənədin 1941-ci ilə məxsus olduğu deyilsə də, rus kəşfiyyatı sənədin 1940-cı ilin dekabr ayına aid olduğunu isbat edib. Eyni zamanda o dövrün "Vatan” qəzetinin 27 iyul 1941-ci il tarixli nömrəsində "Hitlerin Türkiyəyə hücum planı” başlıqlı xəbəri yayılıb.

Mən bu sənədlərə Türkiyədə birinci olan "İkinci Dünya Müharibəsi dövründə rus təbliğatı” adlı elmi işim üçün araşdırmalar apararkən rastlaşdım. Deməli, 1941-ci il iyulun 26-da Qızıl Ordu bu sənədləri ələ keçirir və bütün dünyaya bəyan edir. Eyni zamanda bu araşdırma ilə bağlı bir video araşdırma da aparmışam: https://https://www.youtube.com/watch?v=SkS7j08jAoc&t=84s

İkinci Dünya Müharibəsinin zəfər günü olan 9 May günü bunları sizlərlə paylaşmaq istədim...

 


OXŞAR XƏBƏRLƏR