"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev "Qarabağ”la oyun zamanı meydana daxil olan azarkeşə hücum edib ona zərbə vuran futbolçuları Katalin Tiranın hərəkətinə münasibət bildirib.
O, ruminiyalı oyunçunun hərəkətini pisləyib. "Futbol meydanı boks rinqi deyil” – deyə o, "CBC Sport”a bildirib. Əlavə edib ki, bu hərəkətinə görə, Katalin Tiranı ciddi cəza gözləyir.
"Yəqin ki, o, "Neftçi”dən uzaqlaşdırılacaq” – deyə E.Abdullayev qeyd edib.
///Qol.az