Azərbaycanlı bacıların taleyi necə olacaq?

Azərbaycanlı bacıların taleyi necə olacaq?
ŞOU-BİZNES
16:30 19.11.2013
1007

“S-twins”-in Türkiyə macərasının nəticəsi bəlli olacaq

İzlənmə rekordu qıran “O Ses Türkiyə” verilişi bu gün Azərbaycan tamaşaçıları üçün həyəcanlı olacaq.

Showlife.az-ın məlumatına görə, müsabiqədə iştiraka vəsiqə qazanan azərbaycanlı Sevil və Sevinc Səfərova bacıları və Tuğçe Gendigelen bu axşam duelə çıxacaq yarışma üzvləri arasındadır.

Azərbaycanlı qızlar türkiyəli iştirakçı Özden Çavuşla birgə növbəti mərhələ uğrunda mübarizə aparacaqlar. Duel iştirakçılarından yalnız biri mübarizəni davam etdirmək hüququ qazanacaq.

OXŞAR XƏBƏRLƏR