Azərbaycanlı bəstəkar: ''50 manata səslərini düzəltdirirlər''

MƏDƏNİYYƏT
10:00 16.11.2012
1623
O, bəzi müğənnilərin fırıldaqla məşğul olduğunu da deyibƏməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov fonoqram oxuyan müğənniləri sərt tənqid edib.Mətbuat konfransında çıxış edən bəstəkar, həmin müğənniləri fırıldaqçılıqda günahlandırıb: «Mən hər zaman canlı ifanın tərəfdarı olmuşam. İndi fonoqramlar vasitəsi ilə müxtəlif fırıldaqlıqlar edib, insanları aldadırlar.50 manat verib,deyirlər səsimizin ora - burasını düzəldin. Bu cür halların olmağına təəssüf edirəm. Səsi olan müğənni canlı oxusun. Fonoqramla xalqı aldatmasınlar».
//Lent.az

OXŞAR XƏBƏRLƏR