Azərbaycanlı biznesmen məşhur "qanuni oğru"ya necə atdı? - TƏFƏRRÜAT

Azərbaycanlı biznesmen məşhur "qanuni oğru"ya necə atdı? - TƏFƏRRÜAT
KRİMİNAL
14:18 21.10.2016
4113

 

Rusiyanın Nijniy Novqord Şəhər Məhkəməsində qalmaqallı proses başlayıb. Lent.az-ın məlumatına görə, müttəhimlər kürsüsündə qanuni oğru Dalqat Maqomedov, onun qardaşı Məhəmməd, habelə azərbaycanlı kriminal avtoritetlər Əyyub Abbasov və Vahid Süleymanov oturublar.

 

Onlar başqa bir azərbaycanlı, "Qoldman Qrup” şirkətinin təsisçisi Elnur Ələsgərovdan hədə-qorxu yoluyla 30 milyon rubl (təxminənə 770 min manat) tələb etməkdə günahkar bilinirlər.

İlk baxışda Rusiya kriminalileti üçün sıradan görünənə ittiham aktı əslində trillerə bənzəyən filmi xatırladır.


Söhbət ondan gedir ki, "Qoldman Qrup”un sahibi Elnur Ələsgərovun özü hazırda federal axtarışdadır. Onun Rusiyanın dərinliklərində, ucqar şəhərlərin birində gizləndiyi ehtimal olnur. 30 milyon rubl isə ondan həbsxanada istənilib. Külli miqdarda dələduzluqda ittiham olunan Elnur Ələsgərov Əyyub Abbasov və Maqomed Maqomedovla eyni təcridxanada və eyni kamerada yatıblar. Məhz təcridxanada Abbasov ona hədə-qorxu gələrək Dalqatın hesabına pul köçürməsini tələb edib.

 

Abbasov onun əl və ayaqlarını qıracağı ilə hədələyib. Ələsgərov bundan sonra təcridxana rəisinə şikayət edərək təkadamlıq kameraya köçürülüb. Amma burada da onu sakit buraxmayıblar. O, bir neçə dəfə döyülüb, təhqirlərə məruz qalıb. 2014-cü ilin sonlarında məhkəmə Nijni Novqorod şəhərini tərk etməməklə bağlı ondan iltizam alaraq haqqında həbs-qətimkan tədbirini dəyişdirib. Ələsgərov azadlığa çıxandan sonra hansısa yolla soyadını dəyişdirə bilir. Elnur Qoldman kimi qeydiyyata düşür. Bundan sonra "Qoldman Qrup” şirkətini təsis edir.


Amma bu da onu xilas etməyib. Həbsdə olan qanuni oğru Dalqat çölə xəbər göndərərək onu tapmağı tapşırıb. Tezliklə Dalqatın qardaşı və Hafiz adlı başqa bir şəxs onun ünvanını öyrənə bilirlər. Elnuru evinin girəcəyində yaxalayan cütlük Dalqatın mesajını çatdırıb. Bundan sonra qorxuya düşən Elnur 3 milyon rubl pulu Dalqata yaxın şəxslərdən birinin hesabına köçürüb.

 

Və bu hal bir neçə dəfə təkrarlanıb. Amma bir qədər əvvəl Elnur Ələsgərov yoxa çıxıb. Məlum olub ki, onun rəhbərlik etdiyi "Qoldman Qrup” milyonlarla rubl həcmdə dələduzluqda ittiham edilir. Eləcə də, bir neçə şirkətə milyonlarla borcu var. Bunu Nijni Novqorod Arbitraj Məhkəməsindəki işlər də təsdiq edir. Maraqlısı odur ki, Ələsgərovun borclu olduqları arasında vilayətin Kuzmiyarsk psixonevroloji internatı da var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var