"Lukoyl" rəsmi şəkildə "Başneft" şirkətindəki dövlət səhmlərinin özəlləşdirilməsinə qoşulacaq.
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə bəyanatı şirkətin mətbuat xidməti yayıb.
Qeyd edək ki, "Başneft" Rusiyanın 10 ən böyük şirkətindən biri hesab edilir. Burada dövlətin payı 50+1%, Başqırdıstan hökumətinin payı isə 25+1%-dir.
Şirkətin adı bir müddət öncə korrupsiya qalmaqalına qarışıb. Məhz bununla əlaqədar olaraq erməni lobbisinin ən varlı himayədarlarından olan Levon Ayrapetyan həbs edilib.