Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu

Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
SOSİAL
16:06 30.07.2026
120
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov Feysbukda məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.

Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.

Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR