Azərbaycanlı deputatdan bahalaşma açıqlaması: “Əhali bir az qənaətcil olmalıdır”

Azərbaycanlı deputatdan bahalaşma açıqlaması: “Əhali bir az qənaətcil olmalıdır”
SOSİAL
17:01 29.11.2016
14113
"Ümumiyyətlə bu gün dünyada gedən qlobal proseslər hətta ABŞ-da keçirilən seçkilər nəinki tarif məsələlərində, eləcə də dolların kursundan tutmuş bütün iqtisadi məsələlərdə öz təsirini göstərməkdədir”.
 
AZXEBER.COM xəbər verir ki, bunu SİA-ya millət vəkili Elşən Musayev deyib. Deputatın sözlərinə görə, Azərbaycanda Tarif Şurasının ötən gün qəbul etdiyi qərar zamanı əhalinin, xalqın potensial iqtisadi imkanları da nəzərə alınıb: "Bütün məsələlər incə məqamlara qədər yoxlanılıb və ondan sonra qərar verilib. Yəni bu təsadüfən verilən qərar deyil. Hesab edirəm ki, burada artıq o kvotanın verilməsini də xüsusi qeyd etmək lazımdır. Şəxsən mən bir vətəndaş olaraq ötən gün özümçün qaz sayğacı ilə bağlı bir hesablama apardım. Yəni işlətdiyim qaz dövlətin verdiyi kvotadan o yana keçmir. Hesab edirəm ki, əhali də burada bir az qənaətcil olmalıdır. Xüsusən dünyada baş verən proseslər fonunda. Düzdür, bizim rəqib düşərgəmiz siyasi müxalifət bununla ajiotaj yaratmağa və bu fonda destruktiv əməllərini növbəti dəfə davam etdirməyə çalışırlar. Amma bütün hallarda bu cəhdlər uğursuz olacaq. Azərbaycan dövlətinin siyasəti nizamlı siyasətdir. Ümumiyyətlə bu siyasətdə hər şey nəzərə alınır”.
OXŞAR XƏBƏRLƏR