Əməkdar artist Lalə Məmmədova kamera önünə keçib.
AZXEBER.COM xəbər verir ki, müğənni sözləri millət vəkili Eldar Allahyaroğluna, musiqisi bəstəkar, millət vəkili Novruz Aslana aid olan “Azərbaycan-Türkiyə” adlı mahnıya klip çəkdirib.Klipin çəkilişlərini klipmeyker Fuad Əlişov aparıb. Ekran işinin operatoru Nadir Mehdiyevdir.Müğənni mahnının ona həvalə olunmasına görə çox sevindiyini deyib:
“Mahnını dərk edərək oxumaq adama başqa zövq verir. Azərbaycanla Türkiyə arasındakı dil, din oxşarlığı, dostluq əlaqələri möhkəm olub. İki qardaş həmişə çiyin-çiyinə düşmənə sipər olublar.
Millət vəkillərimiz Novruz Aslanla, Eldar Allahyaroğlu bu mövzuya çox həssaslıqla yanaşıblar.
Çox uğurlu mahnı alınıb. İnanıram ki, Fuad Əlişov mahnının ekran variantını çox gözəl yaradacaq”.