Azərbaycanlı deputatlar Orduya 20 min manat pul köçürdü

Azərbaycanlı deputatlar Orduya 20 min manat pul köçürdü
SİYASƏT
13:52 04.07.2019
4372

"Yeni Azərbaycan Partiyası (YAP) Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri davam etdirir”.

APA-nın məlumatına görə, bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, təkcə partiyanın Nəsimi rayon təşkilatı Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürüb.

S. Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hərəsi 500 manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna yardım ediblər: "Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".

OXŞAR XƏBƏRLƏR