Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) elan etdiyi “Suriya qaçqınlarına yardımınızı əsirgəməyin!” kampaniyasında bu günə qədər 7 190 manat vəsait yığılıb. AZXEBER.COM qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprelin 2-də elan edilən kampaniyaya qoşulanlar arasında Milli Məclisin deputatları Novruz Aslanov (391.50), Mahir Aslanov (100 AZN), Adil Əliyev (500), Qüdrət Həsənquliyev (50), Ərəstun Cavadov (200), Tahir Süleymanov (200) da var.