Azərbaycanlı deputatlar Türkiyəyə maddi yardım edib? - SORĞU

SOSİAL
13:07 08.02.2023
1626
Türkiyədəki güclü zəlzələdən sonra son məlumata görə, ölənlərin sayı 6234-dür, on minlərlə yaralı var. Saatlar keçdikcə dağıntılar altında olanların sağ qalma ehtimalı da azalır. 

Hazırda dünyanın müxtəlif ölkələrindən Türkiyə üçün yardımlar, axtarış-xilasetmə qüvvələri göndərilir, əksər ölkələr Türkiyə üçün birlik nümayiş etdirir. Pakistan höküməti isə Türkiyəyə dəstək məqsədilə yeni qərar verib. Qərara əsasən, bütün nazirlərin 1 aylıq maaşları və bütün dövlət işçilərinin bir günlük maaşları Türkiyəyə bağışlanacaq.

Azərbaycan dövləti və xalqı da həmişə olduğu kimi, qardaş Türkiyənin çətin günlərindən yardımlarını əsirgəmir. Hadisənin ilk anlarından Türkiyənin yanında olduğunu bildirən Azərbaycan qardaş ölkə üçün yardımlarını davam etdirir. 

Bəs, Pakistanda Türkiyəyə dəstək məqsədilə verilən qərar ölkəmizdə də verilə bilərmi? Nazirlərin və ya deputatların maaşlarından qardaş ölkəyə bağışlamaq olarmı?

AZXEBER.COM bununla bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib.

Millət vəkili Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan xalqı Türkiyə üçün əlindən gələn köməkliyi edir:

"Hər ölkənin öz yanaşması var, Azərbaycan dövləti bu faciə baş verən andan qardaş Türkiyə ilə bərabərdir. İlk yardım Azərbaycandan getdi. Hazırda yardımlar da davam edir. Eyni zamanda Azərbaycan xalqı da qardaş Türkiyə xalqı ilə bərabərdir. Hər bir Azərbaycan vətəndaşı əlindən gələn imkanı ortaya qoyur. İsti paltar, isti ləvazimatlar göndərməklə bərabər, maddi vəsaitlər də göndərilir. Mən düşünürəm ki, Azərbaycan xalqı artıq bu prosesin içərisindədir, bundan sonra da bütün imkanları ilə qardaş ölkəyə faciədən çıxmaq üçün lazım olan köməkliyi edəcək”. 

Deputat bildirdi ki, şəxsi vəsaiti hesabına qardaş ölkə üçün 2 min manat yardım göndərib:

"Şəxsən mən özüm artıq 2000 manat, təxminən 20 min TL-dən çox maddi yardım və xeyli sayda isti paltar, ləvazimatlarla ümumixalq yardımlarına qoşuldum, Türkiyəyə göndəriləcək. Yəqin ki, partiyamızda da bu məsələlər müzakirə olunacaq, müəyyən vəsaitlər göndərəcəyik.

Hər kəs öz imkanları daxilində qardaş ölkə ilə bərabərdir. Şükür olsun ki, dünya ölkələri bu hadisəyə həssas yanaşır. Bizim dost ölkəmiz Pakistanın da sözügedən addımı təqdirəlayiqdir. Bu gün Pakistan dövlətindən də, xalqından da gözlənilən addım idi. Biz də nə imkanımız varsa, qardaş Türkiyə ilə bərabərik. Böyük faciədir, ürək ağrısı ilə qarşılayırıq, artıq sözün bitdiyi yerdir. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin!”

Deputat Razi Nurullayev də AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, hazırkı vaxtda dövlət Türkiyə ilə bağlı hansı qərar versə, onu dəstəkləyəcək:

"Mən Türkiyədə yaşanan faciəni görürəm, həqiqətən ağır bir faciədir. Belə bir hadisədə, təbii ki, qardaşlarımızın yanında olmalıyıq. O baxımdan belə qərarla mən razı olaram. Dövlət, hökümət bunula bağlı hansı qərarlar qəbul edərsə, mən də onları dəstəkləyirəm, yanlarındayam. Heç bir məsələyə etiraz etmərəm. Oradakı görüntüləri, dəhşətləri gördükcə insanın gözünə yuxu da getmir. O baxımdan mən bütün qərarlarla hazıram, hazırda da rəhbərlik etdiyim Milli Cəbhə Partiyası da üzvləri ilə müəyyən yardımlar toplayıb təqdim edir. Təzə paltar, isti geyimlər və s. hamısının da yenisi. Gücümüz çatan qədər edirik və nə qədər ehtiyac olsa, edəcəyik”.

Millət vəkili Rüfət Quliyev də AZXEBER.COM-a məsələ ilə bağlı fikirlərini bölüşüb. Deputat bildirib ki, qardaş ölkə üçün kimin nəyə gücü çatırsa, o qədər köməklik edir:

"Qardaş türk xalqı böyük imtahana çəkildi, Allaha qurban olum, bu, bir fəlakətdir. Mən öz adımdan da, seçicilərim adından da – indi Lənkərandayam seçicilərimlə görüş olacaq, dünyasını dəyişənlərin yaxınlarına, türk xalqına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara Allah şəfa versin, tezliklə normal həyata dönsünlər. İanə məsələsinə qaldıqda isə, kimin nəyə gücü çatırsa, o qədər köməklik edir. Təbii ki, mən də belə fikirdəyəm və bu addımı atacağam. Amma miqdarı, yardımın hansı formada olması fərqlidir, insanlar var ki, isti geyimlər, qida məhsulları göndərirlər. Madii vəsaitlər köçürürlər. Dünən xoş xəbər oldu ki, artıq komissiyasız, əlavə xərcsiz Türkiyəyə ödəniş mümkün olur. Bu addımı hansı bank atırsa, biz onu alqışlayırıq.

Bu çətin vaxtda qardaş türk xalqına hamımız dəstək olmalıyıq. Onlarla ölkələrin başında ilk Azərbaycan öz yardımlarını göndərdi. Hələ də davam edir. Digər ölkələr də köməklik edir, Türkiyə ilə münasibətləri bir o qədər yaxşı olmayan Yunanıstan da kömək, mütəxəssislər göndəriblər. Bu, o deməkdir ki, dünyada insanların ürəyində Allah var, humanistlik var. Bu, böyük amildir”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq