Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi

Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi
SOSİAL
11:39 24.02.2026
237
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib

Rusiyanın İvanovo vilayətinin "Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib.

Buna səbəb kimi "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər" göstərilir.

Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib.
 
APA
OXŞAR XƏBƏRLƏR