Vidadi Mərdanov sosial şəbəkədə mübahisə etdiyi şəxslər tərəfindən güllələndi

Vidadi Mərdanov sosial şəbəkədə mübahisə etdiyi şəxslər tərəfindən güllələndi
DÜNYA
00:33 22.02.2023
5699
Dağıstanda qrappling və ciu-cuitsu ulduzu Vidadi Mərdanov güllələnib.

AZXEBER.COM BAKU.WS-ə istinadən məlumat verir ki, 36 yaşlı dünya çempionu bu gün səhər saatlarında naməlum şəxslərlə danışmaq üçün Qaqarin küçəsindəki evdən çıxıb. O, sosial şəbəkələrdə mübahisə etdiyi şəxslərlə məsələni aydınlaşdırmaq istəyib. 

Hücum edənlər dünya çempionunu güllələyiblər.

İndi polis 27 və 23 yaşlı iki kişini axtarır. Onların "Lada Priora” ilə hadisə yerindən uzaqlaşdıqları qeyd olunur.
OXŞAR XƏBƏRLƏR