Azərbaycanlı dünya çempionu məşhur “qanuni oğru”yla birgə həbs edildi

Azərbaycanlı dünya çempionu məşhur “qanuni oğru”yla birgə həbs edildi
İDMAN
14:36 28.02.2017
1517

 

Kürd əsilli "Şakro Molodoy”un həbsindən sonra Rusiya kriminal aləminin "xaç atas”sı sayılan "Piçuqa” ləqəbli Yuri Piçuqin də saxlanılıb. 

 

"Piçuqa” saxlanıldığı Moskva şəhərindən artıq Komi Respublikasının paytaxtı Sıktıvkara gətirilib.

Məlumata görə, "Piçuqa”yla bərabər onun mühafizəçilərindən biri Oqtay Əfəndiyev də həbs edilib.

Oqtay Əfəndiyev əslən Zaqatala rayonundandır. O, təxminən 4 il əvvəl "Piçuqa”nın mühafizəsinə qoşulmuşdu. Tay boksu, əlbəyaxa döyüş və sambo üzrə 3 dəfə dünya çempionu olan Əfəndiyev barəsində Sıktıvkar məhkəməsi iki ay müddətinə həbs cəzası çıxarıb.

///Lent.az
OXŞAR XƏBƏRLƏR