Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb
SOSİAL
15:23 04.12.2018
3279
Ötən gün Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin fəaliyyətinə start verilib.
 
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun xüsusi layihəsi olan bu mərkəzin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi zamanı və ondan sonrakı dövrlərdə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq, əsir və girovların azadlığa buraxılması istiqamətində hüquqi işlərlə yanaşı, geniş təbliğat-təşviqat fəaliyyəti aparmaq, beynəlxalq qurumlarla və insan haqları təşkilatları ilə qarşılıqlı iş birliyi çərçivəsində azərbaycanlı əsir və girovların hüquqlarını qorumaq və dünya ictimaiyyətinin diqqətini azərbaycanlı əsir və girovların azadlığa buraxılması məsələsinə yönəltməkdir.

Mərkəzin internet saytı www.hostages.az ünvanında yerləşir və gündəlik olaraq, Azərbaycan, rus və ingilis dillərində yenilənir.
 

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gətirdiyi humanitar fəlakətlərdən biri də münaqişə dövründə əsir və itkin düşmüş, girov götürülmüş mülki şəxslərlə bağlıdır: "Bu məsələ hər zaman Azərbaycan üçün böyük əhəmiyyət kəsb edib və Azərbaycan dövləti daima bu məsələni gündəmdə saxlayır. Bugün 3875 nəfər azərbaycanlı Ermənistan tərəfində girov saxlanılır. Onlardan 3168 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxslərdir. Bu şəxslər 1991-1994-cü illərdə girov götürülmüş şəxslərdir. Həmin şəxslər qeyri-qanuni istismara və işgəncələrə məruz qalır, insan alverinin qurbanına çevrilirlər. Zaman-zaman bizə bu haqda dəqiqləşdirilməmiş məlumatlar daxil olmaqdadır. Rəsmi Yerevan isə bu məlumatları bugün də təkzib edir və müstəqil müşahidəçilərin azərbaycanlı girovlarla görüşməsinə icazə vermir.
Digər tərəfdən, son illər ərzində də Ermənistanın bu tip fəaliyyətinin şahidi oluruq. 2014-cü ilin İyul ayında girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovla bağlı rəsmi Yerevan Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqdadır. 2017-ci ilin Fevral ayında girov götürülmüş digər azərbaycanlı Elnur Hüseynzadə ilə bağlı da eyni qanun pozuntularını gördük. Və beynəlxalq təşkilatlar bu barədə susmaqdadırlar.”

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin əsas hədəflərindən söz açan Əhməd Şahidov gündəlik rejimdə çalışdıqlarını da deyib: "Mərkəzimizin əsas vəzifələri informasiya təminatını həyata keçirmək və əsir-girovlarımızla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Əsas ağırlığı ingilis və rus dillərində olan məlumatlara verəcəyik. Hədəf auditoriyamız beynəlxalq ictimaiyyət, konkret desək, beynəlxalq qurumlar, insan haqları təşkilatları və Avropa institutlarıdır. Rus və ingilis dillərində məlumatlar yaymağımız erməni cəmiyyəti üçün də hədəflənib. Belə ki, bugün Ermənistanda əsir-girovlarla bağlı məlumat qıtlığı mövcuddur. Ermənistan hakimiyyəti öz xalqına doğru-dürüst məlumat vermir. Azərbaycan tərəfi ən müxtəlif səviyyələrdə əsir və girovların dəyişdirilməsi məsələsini qaldırsa da, rəsmi Yerevan bu təklifdən yayınır və erməni cəmiyyətini bu barədə məlumatlandırmır. Odur ki, çalışacayıq ki, erməni ictimaiyyətinə hədəflənmiş məlumatlarımız da olsun ki, qarşı tərəfdə Azərbaycanın humanist siyasəti barədə daha çox insan xəbər tuta bilsin.”

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək