Azərbaycanlı əsirlərin məsələsi Xorvatiya Ombudsman İnstitutunda müzakirə olunub
SİYASƏT
15:35 20.04.2015
1137
ADİHİ rəhbəri Əhməd Şahidov Xorvatiya Ombudsmanı xanım Lora Vidoviç ilə görüşübAZXEBER.COM xəbər verir ki, aprelin 20-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində bu ölkənin Ombudsman İnstitutunda olub. Xorvatiya Ombudsmanı xanım Lora Vidoviç ilə görüşən Əhməd Şahidov rəhbərlik etdiyi qurum haqqında məlumat verib və Xorvatiya Ombudsman İnstitutunun fəaliyyəti ilə maraqlanıb.ADİHİ nümayəndə heyətini Zaqrebdə salamlamaqdan məmnunluğunu ifadə edən xanım Lora Vidoviç Xorvatiya Ombudsman İnstitutunun müstəqil bir orqan olduğunu deyib və öz ölkəsində insan haqlarının vəziyyəti barədə ətraflı məlumat verib.Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə geniş danışan Əhməd Şahidov kəlbəcərli əsirlər haqqında məlumat verib və azərbaycanlı əsirlərdən bəhs edən “Bizi əzirlikdən qurtarın” adlı çoxdilli ensiklopedik kitabı Xorvatiya Ombudsmanına təqdim edib.