Azərbaycanlı fotoqrafın Litvada sərgisi oldu - FOTOLAR

MƏDƏNİYYƏT
19:30 14.10.2014
1309

Gənc olmasına baxmayaraq daima fərqliliyi ilə seçilən azərbaycanlı fotoqraf Məhəd Musaoğlunun Litvanın paytaxtı Vilnüsdə sərgisi baş tutub.

AZXEBER.COM-un məlumatına görə, “Old and new Baku” (Köhnə və yeni Bakı) adlı sərginin keçirilməsində məqsəd paytaxtın 20 il ərzində necə dəyişməsini litvalılara nümayiş etdirmək olub.

35 fotonun yer aldığı sərgi ümumilikdə 22 gün ərzində davam edib.

Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, tanınmış litvalı incəsənət adamları və yerli sakinlərin qatıldığı tədbir hər kəsin böyük marağına səbəb olub.

Sərgi Prezident yanında Gənclər Fondunun maliyyədəstəyilə həyata keçirilib.

Qeyd edək ki, bu, M.Musaoğlunun sayca 3-cü beynəlxalq fotosərgisidir.

OXŞAR XƏBƏRLƏR