Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub.
AzxeberSport-un məlumatına görə, 29 yaşlı hücumçu "Finiks Rayzinq"in heyətində bu dəfə "Las-Veqas Layts"ı məyus edib.
Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub - 2:0.
Qeyd edək ki, bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub.