Azərbaycanlı futbolçu Albaniya klubunda növbəti qolunu vurub

İDMAN
21:55 28.10.2023
314

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya” klubunda növbəti qolunu vurub.

28 yaşlı yarımmüdafiəçi X turda "Skenderbeu” ilə səfər oyununda fərqlənib.

İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Eqnatiya” 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı "Partizani” də eyni xala malikdir.

OXŞAR XƏBƏRLƏR