Azərbaycanlı futbolçu erməni klubunda – FOTO

İDMAN
14:40 05.02.2015
2498
Rusiyada doğulan azərbaycanlı futbolçu Ermənistan klubuna keçib.
AZXEBER.COM  Derbi.az saytına istinadən xəbər verir ki, 21 yaşlılardan ibarət yığma komandanın sabiq üzvü Şamil Qurbanov İrəvanın “Uliss” komandası ilə anlaşıb.
Belə ki, Antalyada hazırlıq keçən klub 2 azərbaycanlı futbolçunu sınayıb. Moldovanın “Milsami” klubu ilə qarşılaşan İrəvan təmsilçisi Şamil Quliyev və Ramazan İsayevin xidmətindən istifadə edib. Klub rəhbərliyi 21 yaşlılardan ibarət millimizin sabiq üzvünün oyununu bəyənərək müqavilə imzalayıb.
Klubun azərbaycanlı futbolçu ilə neçə illik müqavilə imzaladığı bəlli deyil.
OXŞAR XƏBƏRLƏR