Azərbaycanlı futbolçu "Spartak"ın 450 min avrosundan imtina etdi

Azərbaycanlı futbolçu "Spartak"ın 450 min avrosundan imtina etdi
İDMAN
23:38 04.01.2019
12292
Moskva "Spartak”ı Aleksandr Səmədovla yollarını ayırmaq istəyir.
 
Paytaxt klubu Azərbaycan əsilli futbolçu ilə danışıqlara başlayıb.

Səbədovun "Spartak"la 2019-cu ilin yayınadək müqaviləsi var. Lakin Moskva təmsilçisi müqavilənin vaxtından əvvəl ləğvi üçün ona 3 aylıq əmək haqqı - 450 min avro təklif edib. Azərbaycanlı futbolçu isə bundan imtina edib. O, karyerasını məhz "Spartak"da davam etdirmək istədiyi bildirilib.

Qeyd edək ki, Səmədov "Spartak"ın yetirməsidi. 2001-ci ildə paytaxt klubunun əsas heyətinə yüksələn futbolçu 2005-ci ildə Moskva "Lokomotiv"inə transfer olunub. Sonradan "Moskva", "Dinamo" (Moskva) və yenidən "Lokomotiv"in formasını geyinən hücumçu 2017-ci ildə "Spartak"a dönüb. 34 yaşlı forvard 2011-2018-ci illərdə Rusiya millisində 53 oyun keçirərək 7 qol vurub.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR