Tələbə AZXEBER.COM-a müsahibəsində bu və digər məsələlər haqda danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Hazırda tədbirlər üzrə kordinator, pr menecer kimi çalışıram. Bakalavr təhsilimi Bakı Slavyan Universitetində almışam. Magist təhsili almaq üçün xaricdə universitetlərə müraciət elədim. ABŞ-ın 5 universitetinə müraciət etmişəm, onlardan 3-ə media ixtisası üzrə qəbul almışam, digər ikisindən isə hələlik xəbər çıxmayıb. Qəbul aldığım universitetlər Boston Universiteti, Colorado Boulder Universiteti və Denver Universitetidir. Bu universitetlər dünyada kifayət qədər reytinqi olan universitetlərdir.
- Qəbul olduğunuz universitetlərdən hansını seçdiniz?
- Bu universitetlərə qəbul olunmağıma çox sevindim. Çünki Boston Universiteti qəbul faizi 19% olan bir universitetdir, amma təəssüflər olsun ki, tam təqaüd proqramları yox idi. Mənim göstəricilərim çox yaxşı olduğu üçün toplam 45 min dollar təqaüd təklif etdilər. Həm reytinqi yüksək olduğuna görə, həm də təqaüd miqdarı böyük olduğuna görə mən Boston Universitetində təhsilimi davam etdirmək qərarına gəldim.
- Bildiyimiz qədərilə Boston universitetində ermənilərin təsiri güclüdür.
- Mənim təhsil almaq istədiyim Boston Universitetinə iki erməni - Çobanyan və Arvetisyan adlı şəxs yüz milyon dollar ianə etdikləri üçün Boston Universitetinin tibb məktəbinə məhz onların adları verilib. Həmçinin bir çox universitetlərdə sırf ermənilər üçün təqaüd proqramları çoxdur. Düzdür, bu işdə onların diasporlarının güclü rolu var. Mənim bununla bağlı öz məqaləm də var idi. Demişdim ki, təkcə erməni diasporları təhsil almaq istəyən erməni tələbələr üçün 13 adda təqaüd proqramı yaradıb, amma azərbaycanlılar üçün təqaüd proqramlarının azlığı var. Düşünürəm ki, biz əgər dünya miqyasında mütəxəssislər yetişdirmək istəyiriksə və onların diasporu ilə mübarizə aparmaq istəyiriksə, bizim daha çox şanslarımız olmalıdır. Başqa bir maraqlı fakt da deyə bilərəm. Kaliforniyada universitetə qəbul olan dostumdan soruşmuşdular ki, "siz erməni əsillisiniz, yoxsa yox?”. Çünki erməni əsillilər üçün xüsusi təqaüd proqramları var. Hətta universitet özü onlarla əlaqə saxlayır ki, əgər erməni əsillisinizsə, biz sizə təqaüd verə bilərik. Ancaq bu bizi ruhdan salmır. Biz gələcəyə müsbət baxırıq. Düşünürük ki, gələcəkdə Azərbaycandan olan kadrlar üçün təqaüd imkanları böyük olacaq. Biz özümüz də dəstək duracağıq. Bu baxımdan müsbət baxışım var.- Qeyd etdiniz ki, təhsil haqqının yarısını universitet sizə güzəşt edəcək. Yerdə qalan hissəsi ilə bağlı nə deyə bilərsiniz?
- Çox təəssüf ki, ölkəmizdə tələblər üçün təqaüd proqramları çox azdır. Tək mənim yox, mənim ətrafımda bir sıra gənclər var ki, təhsil almaq istəyirlər və maliyyə problemləri onlar üçün bir maneədir. Bizdə əslində dövlət proqramları var, amma təəssüflər olsun ki, media-jurnalistika ixtisası prioritet ixtisaslara daxil deyil, həm dövlət proqramında, həm də fondların xaricə təhsil proqramında. Təqaüd proqramlarının əslində az olmağı xaricdə təhsil almaq istəyən Azərbaycan gənci üçün bariyerdir. Media sahəsi də dövlət proqramlarında prioritet olmadığı üçün çətinliklə üzləşirik.
- Nəyə görə məhz media sahəsini seçmisiniz?
- Mənim media sahəsinə böyük marağım var, Vətən müharibəsi dövründə sırf informasiya müharibəsi vaxtı şəxsən mən özüm gördüm ki, media çox önəmli bir sahədir. Media vasitəsilə insanlar dünyada, ölkədə baş verənlərdən xəbərdar olur. Azərbaycanın da yaxşı təmsil olunması üçün düşünürəm ki, bizim beynəlxalq səviyyəyə çıxışı olan media mütəxəssislərimizin olması şərtdir. Mən də bu minvalda daha çox həvəslənərək media üzrə mütəxəssis olmağa qərar verdim. Magistr proqramları ABŞ-da ona görə yaxşıdır ki, media sahəsi çox genişdir, rəqəmsal media üzrə təhsil, yeni media üzrə təhsil var. Yəni tək jurnalistika ilə kifayətlənmir. Amma Azərbaycanda tək jurnalistikayla kifayətlənir və bu da mütəxəssis yetişməsi üçün bir çətinlikdir. Lakin xarici universitetlərdə sırf ABŞ ilə maraqlandığım üçün deyə bilərəm ki, Amerika universitetlərində geniş şəkildə media təhsilinin olmağı mütəxəssis yetişdirməyə çox böyük bir imkan verir. Bu da onun özünəməxsusluğudur, həmçinin həm dünyada məşhur media şirkətlərinin, qurumlarının ABŞ-da yerləşməsi və bir çox mütəxəssislərin oradan çıxması təbii ki, özünəməxsus bir xüsusiyyət verir ki, insanlar mütəxəssis olmaq üçün həmin ölkəyə can atsınlar.
- Bununla bağlı nə kimi təklifləriniz var?
- Son olaraq nə demək istərdiniz...
- Qəbul olduğum universitet təhsil haqqının yarısını demək olar ki, qarşılayır, amma digər xərcləri qarşılamaq çətindir. Mən hələ də bilmirəm ki, həmin fondu tapa biləcəm ki, öz təhsilimi maliyyələşdirim yoxsa yox? Düşünürəm ki, Azərbaycan cəmiyyəti daha duyarlı olsa, qurumlar daha duyarlı olsa, bizim də fondlarımız olsa və bizə xaricdə təhsildə dəstək olsalar, daha yaxşı olardı. Bu yolla gənclərimiz öz xəyallarını gerşəkləşdirə bilərdi. Gənclərin xəyalının gerçəkləşməyi Azərbaycanın daha parlaq gələcəyi olacağı deməkdir.
Ayşən Mirzəyeva