Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO

Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO
SOSİAL
11:10 15.02.2017
20234

 

28 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır – palçıqdan tikilmiş kiçik daxmada.

Əvvəllər musiqi təhsili alsa da, sonra kompüter mühəndisi olmaq qərarına gəlir. Evin tək övladı olan Abdulla hərbi xidmətə yolla düşəndə təhsilini yarımçıq saxlayır. Hərbi xidməti sağ-salamat başa vurub cəbhə bölgəsindən qayıdanda, sevinc içində onu qarşılayan valideynləri övladlarının gözünün nurunu itirə biləcəyini ağıllarına da gətirmirdilər.

O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kəndinə, xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir.

Belə səfərlərin birində, hər zamankı yolla deyil, daha kəsə yolu seçir: "At getmədi, elə bil hiss etmişdi. Düşdüm ki, atı qabağa çəkəm, həmin vaxt at arxa ayağını qaldırıb yerə vurdu. Və partlayış oldu…”

Minaya düşən gənc sonra heç nə xatırlamadığını deyir: "Ayılanda hər yer qaranlıq idi. Soruşdum ki, haradayam? Cavab verdilər ki, "on gündür xəstəxanadasan”. Həkim gəldi, mənə suallar verdi, adımı-soyadımı, atamı-anamı soruşdu. Bəzi məqamlar var idi ki, xatırlamırdım, yadımdan çıxmışdı”.

A.Qurbanovun xatırladıqları arasında sevdiyi qız – Nərgiz də var idi. Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən, kəllə və üz sümüyü parçalanan Abdullanın üzü cərrahiyyə əməliyyatı olunduqdan sonra qismən bərpa olunur. Amma o gündən dünya işığına həsrət qalır.

Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. "Əvvəl tərəddüd etdim. Dedim artıq məni istəməz. Amma o, cavab verdi ki, "səni sevirəm, fərqi yoxdur gözlərin görür ya, yox”, - deyə Abdulla bildirir. Ancaq Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər.

Valideynlərinin inadının qırılmadığını görən Nərgiz, günlərin birində gizlicə Abdullaya zəng edərək gəlib onu aparmasını istəyir. "Mən bu halımla gedə bilmədim. Anamgil gedib Nərgizi gətirdilər. Qaynanamgillə uzun müddət sonra barışdıq. Sevgimizə xeyir-dua verdilər”, - həmsöhbətimiz danışır. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 6 yaşında oğlan və 5 yaşında qız övladları var. Hazırda onlar Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayırlar.

"Övladlarımı həyatda görməsəm də, yuxuda görürəm. Sabah oyananda yuxuda gördüklərimi təsvir edirəm, Nərgizdən soruşuram, o da cavab verir ki, necə görmüsənsə, elədir uşaqlar”, – Abdulla deyir.

Gözlərinin görməməsi onun sevdiyi məşğuliyyətinə – musiqi ifa etməsinə mane olmur. Hətta bəzən yanında bələdçi olanda avtomobil də idarə edir: "Nərgizlə birlikdə bütün çətinliklərə dözməyə hazırıq. Çünki sevib-sevilərək yaşayırıq”.


///Sputnik
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək