Çexiyada yaşayan Sərkər Almazov adlı azərbaycanlı gənc göldə boğulub.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayəliyib.
Məlumata görə, Sərkər suya yıxılıb və suda boğulub.
Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır.
Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.
Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib.
O bildirib: Çex Respublikasında yaşayan, 28 avqust 2022 cil tarixində İtaliyanın Milan şəhəri yaxınlığındakı Koma gölündə çimərkən boğularaq həyatını itirmiş Azərbaycan Respublikasının vətəndaşı Almasov Sərkər Əsgər oğlu İtaliyaya həyat yoldaşı ilə birgə istirahət məqsədilə gediblərmiş.
Bədbəxt hadisə baş verdikdən sonra axtarışlar başlamış və mərhumun nəşi 2 gün sonra-30 avqust tarixində tapılmışdır. Mərhumun nəşi ekspertizaya verilmiş və ekpertizanın rəyindən sonra Azərbaycana göndəriləcək. Qeyd edim ki, mərhumun nəşinin gətirilməsini mənəvi dəstək məqsədilə onun dostları öz üzərilərinə götürüb. Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən yayılan məlumatlar əsassızdır.
Allah rəhmət eləsin.