Azərbaycanlı gənc mer postuna namizəd oldu - FOTOLAR

Azərbaycanlı gənc mer postuna namizəd oldu - FOTOLAR
SOSİAL
15:13 26.03.2019
8311
"Gürcü Arzusu” Partiyasının katibi İrakli Qaribaşvili icra başçısı vəzifəsinə aralıq seçkilərdə iştirak edəcək namizədləri açıqlayıb. 

AZXEBER.COM-un məlumatına görə, o, azərbaycanlıların sıx yaşadığı Marnueli meri vəzifəsinə Zaur Darğallını namizəd göstərib. 

Qaribaşvili bildirib ki, o, Kvemo Kartli qubernatorunun sədr müavinidir və etnik azərbaycanlı, vətənimizin layiqli oğludur.

Xatırladaq ki, bundan əvvəl, Marnueli şəhər meri, "Gürcü Arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Temur Abazov istefa vermişdi. 

Buna səbəb mitinqdə Abazovu təhqir edən Marnueli sakininin döyülməsi ilə bağlı qalmaqal olub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR