"Şəhid qızı" hər kəsi ağlatdı - VİDEO

"Şəhid qızı" hər kəsi ağlatdı - VİDEO
SOSİAL
15:38 27.09.2025
1729
"Azxəbər" informasiya portalı 18 oktyabr - Müstəqilliyin Bərpa Günündə yeni layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, "Şəhid qızı" adlanan layihə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə həsr edilir.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli, şeirin müəllifi Sədaqət Əhmədova, səsləndirən isə Aytac Vəlibəylidir.

Sədaqət Əhmədov vətənpərvərlik mövzusunda olan bir çox şeirin müəllifidir. Onun "Torpağına canım qurban, Azərbaycan" şeiri 44 günlük Vətən Müharibəsi zamanı ən çox səsləndirilən əsərlərdən olub.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli deyib ki, Şəhid övladlarına sahib çıxmaq hər bir azərbaycanlının borcudur:

"Şəhidlərimiz öz şirin canlarından vətən uğrunda, bizim xoşbəxtliyimiz, qürurlu və başıuca yaşamağımız üçün keçdilər.

Bizim də borcumuz onların yadigarlarına - övladlarına sahib çıxmaqdır. Hər birimiz çalışmalıyıq ki, onların qeydinə qalaq, onları yaşadaq. "Şəhid qızı" layihəsi də məhz şəhidlərimizin övladlarına həsr edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

"Şəhid qızı" adlı əsəri təqdim edirik:
 
Şəhid qızı

Ürəyin də özün kimi körpədir,
Sevincinə kölgə salmır kədərin.
Heç bilmirsən kədər nədir, dərd nədir,
Gülə-gülə açırsan hər səhəri.

Yapışırsan öz ananın əlindən,
Soruşursan "Atam nə vaxt gələcək?"
Qoparırsan yarasını bilmədən -
O qadınçün qaranlıqdır gələcək...

Böyüyərsən, anlayarsan itkini,
Baxışına həsrət çökər, qəm çökər.
Söz açmazsan, qınamazsan heç kimi,
Gözlərinsə həsrət-həsrət yol çəkər...

İllər keçər, dönüb gənc qız olarsan,
Xoş arzular aşıb-daşar sinəndə.
Doluxsunub keçmişlərə dalarsan
Qızlar "Bunu atam alıb" deyəndə...

Bir gün döyər qapınızı elçilər,
Atan süzər qonaqları şəkildən.
Yan otaqda qəhər sənə güc gələr,
Göz yaşların selə dönər qəfildən...

Həsrət dolu, nisgil dolu baxışın
Deşib keçər ürəkləri ox kimi.
Baharı heç gələn deyil bu qışın,
Bu nağılın üç alması yox kimi...

Şəhid qızı, bir zirvədir şəhidlik -
Cəsurların taleyini naxışlar.
O zirvənin ətəyində dincəlib
Həyatdan borc alanları bağışla...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
18:02 04.09.2026
ABŞ-də işə qəbulda yenilik: Namizədlərlə süni intellekt danışacaq
Yeni metro stansiyasının adı belə olacaq
17:48 04.09.2026
Yeni metro stansiyasının adı belə olacaq
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
15:57 04.09.2026
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR