Azərbaycanlı gənc rejissor ermənilərə dərs verdi - VİDEO

MƏDƏNİYYƏT
00:06 24.02.2014
8623
Gənc rejissor Elvin Abdullayev Azərbaycanın milli musiqi aləti olan kamançaya aid videoçarx hazırlayıb.
AZXEBER.COM-un məlumatına görə, gənc rejissor ermənilər tərəfindən illərdi oğurlanan kamançanın Azərbaycan milli musiqi aləti olduğunu bütün dünyaya göstərmək üçün belə bir layihəyə imza atdığını söyləyib:
“Bu layihəni bir neçə gənclər birlikdə ərsəyə gətirdik.  Qoy, Xocalı soyqırımı ərəfəsində bu vəhşiliyi tərədən ermənilər kamançanın onların deyil, bizim milli musiqi alətimiz olduğunu görsünlər. Bunun fonunda bu videoçarxa baxan bütün xarici vətəndaşlarda kamançanın bizə aid olduğunu görəcəklər. Buna görə, videoçarxın sonunda kamançanın bizə məxsus olması ilə bağlı ingilis dilində məlumat da vermişik .Büdcəmiz olsa bundan da böyük işlər görə bilərik. Bu işdən sonra tarla da bağlı videoçarx hazırlamağı düşünürəm.”.
Qeyd edək ki, videoçarx çox qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Həmin filmi təqdim edirik:

OXŞAR XƏBƏRLƏR