Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
SOSİAL
15:04 30.07.2026
94
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova və həmin kafedranın doktorantı Kamran Xəlilovun həmmüəllifi olduqları "Comparative Analysis of Personal Data Protection Laws: The Case of Azerbaijan and the European Union’s General Data Protection Regulation (GDPR)” ("Fərdi məlumatların qorunması haqqında qanunvericiliyin müqayisəli təhlili: Azərbaycan və Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR) timsalında”) adlı elmi məqalə O.E. Kutafin adına Moskva Dövlət Hüquq Universiteti tərəfindən nəşr olunan və hüquq elmləri sahəsində nüfuzlu beynəlxalq elmi jurnallardan biri olan "Kutafin Law Review" jurnalının 2026-cı il tarixli 13-cü cildinin 2-ci nömrəsində dərc olunub.

Məqalədə Azərbaycan Respublikasında fərdi məlumatların qorunmasını tənzimləyən qanunvericilik Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR) ilə müqayisəli hüquqi təhlil olunub. Tədqiqat nəticəsində Azərbaycan qanunvericiliyinin GDPR ilə müqayisədə mövcud hüquqi boşluqları müəyyən edilərək, məlumat subyektlərinin hüquqlarının genişləndirilməsi, məlumatların emalına dair hüquqi əsasların təkmilləşdirilməsi, məsuliyyət mexanizmlərinin gücləndirilməsi və müstəqil institusional nəzarət modelinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb.

Araşdırmanın nəticələri fərdi məlumatların qorunması sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi tənzimləmənin təkmilləşdirilməsi və bu istiqamətdə normayaratma və hüquqtətbiqetmə təcrübəsinin inkişafı baxımından mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Jurnal Scopus beynəlxalq elmmetrik bazasında indekslənir və hüquq elmləri üzrə SCImago Journal Rank (SJR) təsnifatında Q3, CiteScore göstəricisinə görə isə Q2 səviyyəsində qiymətləndirilir.
 
Məqalə ilə daha ətraflı tanış olmaq üçün: https://kulawr.msal.ru/jour/article/view/884 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR