Azərbaycanda turizmin inkişafına xidmət edən bir yeniliyə imza atılıb.
Belə ki, ölkəyə gələn turistlərin sərbəst hərəkətinə imkan yaradan android ve ios sistemləri üçün yeni appilcation yaradılıb. Bu yeniliyi edən isə 26 yaşlı gənc Kamal Əliyevdir. Kamal Azərbaycanın ən çox turist qəbul edən bölgələrinin biri olan-İsmayıllı rayonun Lahıc qəsəbəsindəndir.
Onun təklif etdiyi bu sistem təkcə turistlərin sərbəst gəzməsinə imkan yaratmayacaq, həm də onlara otel , restoran ve homestaylər barədə məlumat verəcək. Appilcationun Demo versiyası artıq hazırdı.Bu Lahıc qəsəbəsi haqqında turistlərin özləri ile daşıya biləcəyi ən yaxşı məlumat kitabçasıdır.
Programın işləmə prinsipi 3 dildədir . Azərbaycan, rus və ingilis dillərində. Proqramın fəaliyyətə başlaması üçün sadəcə Lahıc qəsəbəsində yerləşən Lahıc Tarix-Mədəniyyət Qoruğunun ərazisini wifi şəbəkəsi ilə təmin etmək lazımdır. Bu işlərin maddi tutumu isə 6 min manat təşkil edir.
Hər halda bu yenilik Mədəniyyət və Turizm Nazirliyinin diqqətini cəlb etsə, bundan həm büdcəmiz qazanar, həm də ölkəmiz...