Azərbaycanlı hakim İnqilab Məmmədov soyğunçuların qurbanı olub.
AZXEBER.COM futbol11.az-a istinadən xəbər verir ki, referinin xəstəlikdən əziyyət çəkən 2 yaşlı övladı üçün topladığı pulları evindən qarətçilər oğurlayıblar. Dələduzlar evə mətbəxdən soxularaq 9500 dollar və 6500 manatı oğurlayıblar.
İnqilab Məmmədovun qızı Nərgiz Məmmədova əzələ əriməsindən əziyyət çəkir. Mülaicəsi xaricdə olan xəstəlik üçün yardımsevər insanlar da referiyə kömək olmuşdular. Naməlum şəxslər evdən qızıl-zinət əşyalarını aparmayıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.