Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında keçirilmiş matçı idarə edib.
Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, "Braqa"dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.
Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib.
/// Report-