Azərbaycanlı həkim ABŞ-də vəfat etdi - İtkin düşmüşdü

Azərbaycanlı həkim ABŞ-də vəfat etdi - İtkin düşmüşdü
SOSİAL
23:49 20.01.2024
432
Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-nin Mayami şəhərində qəfildən vəfat edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, onun daha öncə itkin düşdüyü bildirilir.

Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş.

Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək.
OXŞAR XƏBƏRLƏR