Azərbaycanlı həkimdən möhtəşəm xeyriyyə aksiyası

SAĞLAMLIQ
00:05 17.09.2014
6076

Fransa təhsilli uzman Araz Bayramov regionlarda xəstələri pulsuz müayinə edəcək

Fransada təhsil almış uzman, tanınmış uroloq-cərrah Araz Bayramovun təşəbbüsü ilə regionlarda xəstələrin pulsuz müayinəsi təşkil olunacaq.

Şəkidə başlayacaq kampaniya Şirvan, Lənkəran və Gəncə zonalarında davam etdiriləcək.

Bununla bağlı Editor.az-a danışan Araz Bayramov bildirib ki, bu kampaniya onun təşəbbüsü, “Grand Medical” əczaçılıq şirkətinin dəstəyilə baş tutacaq: “Hər bir həkim, peşəkar mütəxəssis imkanı olmayan, ehtiyacı olan insanları da nəzərə almalı, onlara yardım etməyə çalışmalıdır. Bizim də məqsədimiz böyrək xəstəliklərindən əziyyət çəkən insanlara yardım etməkdir və bu niyyətlə regionlara səfərimiz nəzərdə tutulub. Sentyabr ayının 19-21-i Şəki şəhərində, sentyabrın 25-26-sı Şirvan şəhərində, oktyabr ayının 1-2-sində Lənkəran şəhərində, oktyabr ayının 8-9-unda isə Gəncə şəhərində regiondan olan xəstələri qəbul edəcəyik”.

Bütün əyalət sakinlərini bu fürsətdən yararlanmağa çağıran Araz Bayramov bildirdi ki, konsultasiyalarda iştirak etmək niyyəti olan şəxslər əvvəlcədən onunla əlaqə yarada bilərlər.

Xatırladaq ki, Avropa və Fransa Uroloqlar Cəmiyyətinin , Dünya Endo Uroloqlar Cəmiyyətinin aktiv üzvü Dr. Araz Bayramov böyrək daşlarının müalicəsi üzrə Azərbaycanda bir çox yeniliklərə imza atıb. Böyrək daşlarının tam kəsiksiz üsulla Flexible Urs müalicəsini ilk dəfə ölkəmizdə tətbiq edib.

Tanınmış Uroloq-androloqun qarşımızdakı aylarda Belqrad və Londonda baş tutacaq Avropa Uroloqlar Cəmiyyətinin Konqreslərində Böyrək daşlarının müasir müalicəsi haqda çıxışları nəzərdə tutulub.

Qeyd edəkki, Fransa təhsilli uzman, uroloq-androloq Araz Bayramovun pulsuz konsultasiyalarında iştirak etmək istəyən şəxslər bu nömrə ilə əlaqə saxlaya bilərlər.

Telefon: 050 234 55 60

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb