Azərbaycanlı idmançı 3 erməni rəqibinə qalib gələrək qızıl medal aldı

İDMAN
14:40 24.11.2013
1587
Əlbəyaxa döyüş üzrə 13 yaşlı idmançı Kənan Davidov Gürcüstanda keçirilən yeniyetmələr arası beynəlxalq turnirdə qalib adını qazanıb. Maraqlıdır ki, 45 kq çəki dərəcəsində Kənanın rəqiblərinin hər 3-ü erməni əsilli idmançı olub.Rəqiblərindən birini nakautla digərlərini isə təmiz qələbə ilə məğlub edən Kənan yarışın qızıl medalını boynundan asıb.Kənan Davidov erməniyə qalib gəlməsini özü üçün vacib sayır: “Bu döyüşü udmaq, mənim üçün vacib idi. Hər 3 görüşüm erməni ilə oldu. Onlardan birini nakautla yerə sərdim. Əvvəllər də turnirlərdə olanda, hələ keçən il Gürcüstanda erməni ilə qarşılaşmışdım. Orada da ermənini nakautla udmushdum”.
OXŞAR XƏBƏRLƏR