Azərbaycanlı idmançı dünya rekordunu yenilədi

Azərbaycanlı idmançı dünya rekordunu yenilədi
İDMAN
12:59 06.05.2013
1629

Valentin Xristov Dünya birincisi olub

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyinə start verilib. Yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxıb. AZXEBER.COM-un Azərbaycan ağır atletika federasiyasına istinadən verdiyi xəbərə görə, böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız, 62 kq çəki dərəcəsində mübarizə aparıb. Fantastik çıxış edən atletimiz dünya çempionu adını qazanıb. O, qələbə ilə yanaşı, dünya rekordunu da yeniləyib. Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirən Xristov, əvvəlcə 130, sonra 135, sonda isə 138 kq çəkinin öhdəsindən gəlib. Bu nəticə ilə o, bu hərəkətdə qızıl medala yiyələnib. Təkanla qaldırma hərəkətində Valentin əvvəlcə 166 kq-ı ram edib. Hadisələrin sonrakı axarı isə maraqlı alınıb. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanıb. Belədə Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlib. İlk cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatıb. 178 kq çəkili ştanqı başı üzərinə qaldıran Xristov, çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləyib. Toplamda 316 kq (138 kq + 178 kq) nəticə ilə dünya çempionu olan Xristov, dünyada rəqib tanımadığını sübut etməkdə davam edir. Ardıcıl Avropa çempionluqlarından sonra, indi də titulları arasında gənclər arasında dünya çempionluğunu yazdıran Valentini, hələ daha böyük uğurların gözlədiyi şübhəsizdir. Hələ cəmi 19 yaşı olan atletin qazandığı bu uğurun axırıncı yox, axarıncı olmasına inanırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
21:10 24.09.2025
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR