Azərbaycanlı idmançı evinin kirayəsini ödəməkdən imtina edib?

Azərbaycanlı idmançı evinin kirayəsini ödəməkdən imtina edib?
SOSİAL
13:31 17.01.2023
218
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı müraciət "Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Yayımlanan paylaşıma əsasən Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Qetjiyə ünvanlanıb: "Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O, bu faktı danmır, sadəcə olaraq, pul vermək istəmir. Castin Qetji, zəhmət olmasa onun kirayə pulunu topla”.

Qeyd edək ki, Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri üzrə UFC 286 turnirində qarşılaşacaq.
 
Günel
OXŞAR XƏBƏRLƏR