“Belə hücum xətti ilə uzağa gedə bilmərik” - Əməkdar jurnalist

“Belə hücum xətti ilə uzağa gedə bilmərik” - Əməkdar jurnalist
İDMAN
01:01 06.08.2025
857
"Ağır oyun, çətin qələbə oldu. Matç heç-heçə də bitə bilərdi. "Qarabağ” "Şkendiya”nı Şimali Makedoniyada məğlub etsə də (1:0), cavab matçı finala bərabər olacaq. Mənə görə, qalib gəlməsinə baxmayaraq, bizimkilərin mərhələ adlama şansı hələ də 50/50-yədir”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış idman yazarı, Əməkdar jurnalist Aydın Bağırov "Qarabağ” - "Şkendiya” oyununu şərh edərkən deyib.
 
O bildirib ki, "Qarabağ” hücumçu transfer etməsə, ÇL-da çox uzağa gedə bilməyəcək: 

"”Şkendiya” təhlükəli və hər cür yüksək hörmətə layiq rəqibdir. Təsdiq etdilər ki, Rumıniya FCSB-sini təsadüfən Çempionlar Liqasından kənarlaşdırmayıblar. "Qarabağ”la oyundakı təhlükəli hücumlarını yada salın. Sağ olsun Koxalskini, bizim müdafiə xəttinin inamlı oyununu ki, qol buraxmadıq.

"Qarabağ”a gəlincə, belə hücum xətti ilə çox uzağa gedə bilmərik. Bu qədər qol imkanını əldən vermək olmaz axı.

Komandaya mütləq güclü legioner forvard gətirilməlidir. Vaxt isə azdır.

Daha bir narahatedici məqam: Benzianın mövqeyində də boşluq çoxdur. Hələlik məcburiyyətdən o mövqedə oynadılan Addai onu əvəzləyə bilmir, Kadi hələ ki, əvvəlki Kadi deyil. Bugün vaxtında əvəzlənməsə idi, sırf məsuliyyətsizliyindən qırmızı vərəqə alacaqdı.

İstənilən halda qələbə əla oldu”.

"Qarabağ” yeni mövsümdə 3 oyunun 3-də də uğurlu nəticə göstərib. Buna görə komandaya həm təbrik, həm də biz tərəfdən bir quru sağ ol düşür.

Amma rəqiblər getdikcə güclənir və ümid edək ki, növbəti matçlarda oyun sarıdan problemlər də aradan qalxmağa başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir