Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb

Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb
DÜNYA
03:18 24.11.2026
61
Rusiyanın Ukraynanın Zaporojye rayonuna zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalındakı məlumatında bildirilib.

Qurumun məlumatına görə, zərbə dördmərtəbəli qeyri-yaşayış binasına endirilib, bundan sonra üçüncü mərtəbədə yanğın baş verib. Xilasedicilər 100 kvadratmetr sahədə baş vermiş yanğını söndürüblər.

"Qəza-xilasetmə işləri zamanı 2 nəfəri yanan binadan xilas etmək mümkün olub. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması davam edir", - Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən qeyd olunub.
OXŞAR XƏBƏRLƏR