Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı - Video

Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı - Video
SOSİAL
02:18 24.11.2026
40
Bakıda mağazalardan oğurluq edən iki nəfər saxlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən üç mağazadan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, tikinti materiallarının satıldığı mağazadan və digər ticarət obyektindən nağd pul vəsaiti, təmir-tikinti avadanlıqları və digər əşyalar oğurlanıb. Xəzər rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən və Binə qəsəbəsi sakini olan iki nəfər müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR