"Noyabrın 22-də axşam saatlarında İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsindəki meşəlik ərazidə görülən heyvan dişi şir deyil".
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunub ki, ərazidə aparılan axtarışlar zamanı şirin mövcudluğunu təsdiqləyən heç bir konkret sübut aşkarlanmayıb.
Görüntülərin araşdırılması nəticəsində kadrlardakı heyvanın şir və ya digər iri pişik növlərindən biri olmadığı qənaətinə gəlinib.
Valilik vurğulayıb ki, vətəndaşların təhlükəsizliyini nəzərə alaraq bu istiqamətdə daxil olan bütün məlumatlar diqqətlə araşdırılır və zəruri yoxlamalar aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir. Yeni məlumat daxil olacağı təqdirdə məsələ yenidən qiymətləndiriləcək.











































