“Mən namaz qılıram”.
Yunan-Roma güləşi üzrə Milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyevkomandanın təlim-məşq toplanışından kənarlaşdırılıb.
Bu barədə idmançının özü məlumat verib.
AZXEBER.COM-un məlumatına görə idmançı Oxu.Az-a açıqlamasında vurğulayıb ki, “məni əqidəmə görə milli komandandan uzaqlaşdırıblar.
“Mən namaz qılıram və dinə uyğun olaraq saqqal saxlayıram. Məndən saqqalımı qırxmağı tələb etdilər və söylədilər ki “saqqala milli heyətdə iştirak etmək olmaz” dedilər. Mən isə buna imtina edərək, söylədim ki, əgər mənim əqidəm və mənim saqqal saxlamağım sizə bir problem yaradırsa onda mən özüm milli komandanın heyətindən imtina edirəm və buna görə millinin heyətindən getdim”.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasın mövqeyini öyrənmək istədik, lakin Federasiyanın mətbuat katibi Mais Musayev ilə əlaqə saxlamaq mümkün olmadı.